İqtİsadİyyat

Azərbaycan ən çox şərab ixrac edən ölkələr siyahısında

Azərbaycan ən çox şərab ixrac edən ölkələr siyahısında

Amerika Şərab İqtisadiyyatçıları Assosiasiyası (AAWE) dünyanın 60 ən böyük şərab ixracatçısı olan ölkələrin siyahısını tərtib edir.

Sfera.az xəbər verir ki, Azərbaycan siyahıda 7,7 mln. ABŞ dollarlıq şərab ixracı ilə Rusiyanı qabaqlayaraq 58-ci pillədə qərarlaşıb. Siyahının lideri isə 11,055 mlrd. dollarlıq şərab ixrac edən Fransa olub.

Siyahının ilk beşliyində İtaliya (7,369 mlrd. dollar), İspaniya (3,494 mlrd. dollar), Avstraliya (2,160 mlrd. dollar) və Çili (1,999 mlrd. dollar) yer alıb.

Qonşu Gürcüstan isə şərab ixracından əldə etdiyi illik 197 mln. dollarla siyahının 18-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, sözügedən reytinq 2018-ci ilin göstəriciləri əsasında hazırlanıb. (APA)

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031