İqtİsadİyyat

Azərbaycan Beynəlxalq Bankı Tamkartla kəşbək faizlərini artırdı

Azərbaycan Beynəlxalq Bankı Tamkartla kəşbək faizlərini artırdı
 
Azərbaycan Beynəlxalq Bankı 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə müştərilərinə xoş bir sürpriz hazırlayıb. Yanvarın
15-dək davam edəcək kampaniya dövründə Azərbaycan Beynəlxalq Bankının
yeni kart məhsulu olan Tamkartın sahibləri kampaniya müddətində bu kartla
ölkə xaricində apardıqları nağdsız ödənişlərə görə 3% kəşbək qazanacaqlar.
Üstəlik, 5 illik Tamkart Classic kartı kampaniya zamanı müştərilərə pulsuz, Tam
kart Gold, Tamkart Platinum və Tamkart Premium kartları isə xidmət haqqında
50% endirimlə veriləcək.
Tamkart eyni anda iki kartı - debet və kredit kartlarını özündə birləşdirən
dual kartdır. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə
çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini
bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər
istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt
müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.
Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda Tamkart
sahiblərinə alış-veriş zamanı hətta 40%-dək kəşbək verilir. Eyni zamanda
bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az
2% kəşbək əldə edir. Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına
məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon
haqqı tətbiq edilmir.
Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet
səhifəsi olan www.tamkart.az saytından, yaxud
https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar.
Tamkartı bu bölmədən onlayn sifariş vermək mümkündür:
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829