Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyinin bu sisteminə qoşulan ilk bank oldu

Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyinin bu sisteminə  qoşulan ilk bank oldu
 
Aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının
artırılması üçün Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və
İnkişaf Agentliyinin Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə qoşulub. Beləliklə,
Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bu sistemə qoşulan ilk bank olub.
Qeyd edək ki, AzALES adlanan sistem Agentlik üçün Avropa Yenidənqurma və İnkişaf
Bankının, eləcə də Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə
hazırlanıb. Yeni innovativ həll aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə
daha sürətlə baxılmasına imkan verir.
Sistem fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. Eyni zamanda, bank və kredit
təşkilatlarına da işçi və resurslara qənaət, riskləri düzgün qiymətləndirmək üçün şərait yaradır.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, kənd
təsərrüfatı layihələrinə maliyyə dəstəyinin təmin olunması hazırda bank üçün əsas prioritetlərdəndir.
Bank qeyri-neft sektorunun digər istiqamətləri kimi, aqrar sektorda fəaliyyət göstərən kiçik və orta
sahibkarlarla da əlaqələri genişləndirir. "Kənd təsərrüfatı layihələrinə kredit ayrılan zaman
risklərin düzgün qiymətləndirilməsi bank üçün çox mühümdür. AzALES sisteminə qoşulmağımız
bu baxımdan böyük fayda verəcək. Sərfəli şərtlərlə təklif etdiyimiz kredit məhsulları kənd
təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan olacaq. Kredit müraciətlərinə
baxılmasının sürətləndirilməsi ilə yüksək müştəri məmnuniyyətinə də nail olacağıq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə
məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli
Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

ABŞ-Ukrayna münasibətləri GƏRGİNLƏŞİR: “Kiyev bu ssenariyə hazır olmalıdır”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ölkəsinin Rusiyanın neft emalı zavodlarına təşkil etdiyi hücumlarla bağlı ABŞ-nin tənqidi fikirlərinə cavab verib. ...

Tanınmış tiktoker HƏBS EDİLDİ - FOTO

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərə...

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Azərbaycanın mart ayında həyata keçirdiyi xarici ticarət əməliyyatlarında idxalın ixracdan çox olması faktı qeydə alınıb. Bunun nəticəsində xarici ticarət balan...

Almaniya Prezidenti Türkiyəyə SƏFƏR EDƏCƏK

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb...

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...