Aydın Xırdalanlının nəşi məscidə gətirildi - FOTO
14:15 / 24.03.2019
11616
Ötən gün dünyasını dəyişən tanınmış meyxana ustadı Aydın Xırdalanlının cənazəsi Xırdalan Cümə Məscidinə gətirilib.
Sfera.az bildirir ki, qafqazinfo-nun dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məscidə ifaçının qohumları, dostları, onu sevənlər gəliblər.
Mərhum meyxanaçının ailə üzvləri isə evdə çəkiliş aparılmasına icazə verməyiblər.
Qeyd edək ki, ifaçı Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.