Ata hələ dünyaya gəlməyən uşağını öldürdü - VİDEO

Ata hələ dünyaya gəlməyən uşağını öldürdü - VİDEO
Abşeronda kişi hamilə həyat yoldaşını bıçaqlayaraq bətnindəki uşağını öldürüb.


Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Abşeron rayon Fatmayi qəsəbəsində baş verib. 22 yaşlı Şəmil Abdullayev hamilə həyat yoldaşı 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib. Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

1 saylı Kliniki Tibbi Mərkəzin həkim-cərrahı Kamil Hacıyev deyir ki, ağır vəziyyətdə xəstəxanaya daxil olan qadının bədənində 7-8 bıçaq yarası aşkar edilib. Qadın dərhal əməliyyat edilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

 
İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Məlumata görə, Səbinə ailə hayətı qurduqdan sonra Ağstafa rayonunda yaşayırmış. Ailədə tez-tez mübahisə olduğundan bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayidə öz yanlarında saxlayıblar.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşarı gələrək araşdırmalar aparıblar. Polis idarəsindən verilən məlumata görə, hadisəni törədib qaçan Şəmil Abdullayev hələ tutulmayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

 



OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...