Gündəm

“AST Telman”ın İsveçrədəki bank hesablarına həbs qoyulmasının pərdəarxası

“AST Telman”ın İsveçrədəki bank hesablarına həbs qoyulmasının pərdəarxası
Tanınmış hüquqşünas hesabların "dondurulması”nın necə baş verdiyini açıqladı

 

Azərbaycanlı biznesmen Telman İsmayılovun İsveçrədəki bank hesablarına həbs qoyulub.  Bu barədə VTB banka məxsus "Moskva” bankı məlumat yayıb. Həbs "AST Telman” kimi tanınan iş adamının böyük miqdarda borcunu ödəmək məqsədi ilə əlaqələndirilir. İddiaya görə, İsveçrə hesablarındakı məbləğ Rusiyada fırıldaqçılıqla əldə edilən çirkli pulların yuyulması üçün istifadə edilib.

Qeyd edək ki, Telman İsmayılov hazırda ailəsi ilə Monteneqroda yaşayır. O, iki nəfərin qətlinə görə 2017-ci ildə "İnterpol” xətti ilə axtarışa verilib. Biznesmenə qarşı adam qaçırma, saxtakarlıq və digər cinayətlər ittihamı irəli sürülür.

Bank hesablarına həbs qoyma praktikası necə gerçəkləşdirilir? Bu və ya digər ölkənin çıxardığı qərarla istənilən ölkədə yerləşən bank hesablarına həbs qoyula bilərmi?

AST telmanın isveçrədəki ile ilgili görsel sonucu

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycan qanunlarına görə ölkə ərazisində yerləşən banklardakı hesablara yalnız məhkəmə qərarı əsasında həbs qoyula bilər: "Gələn məlumatlardan belə aydın olur ki, İsveçrədə durum fərqlidir, orada prokurorluğun da belə bir səlahiyyəti var. Bank hesabına həbs qoyulması üçün ciddi əsas olmalıdır. Həbs qərarları məhkəmə prosesi başlamazdan əvvəl qoyulur. Bir şəxs məhkəmədə iddia qaldırır ki, Telman İsmayılovun mənə borcu var. İddianı verəndən sonra dərhal vəsatət təqdim olunur ki, ola bilər ki, proses illərlə davam edəcək və Telman İsmayılov bank hesabını boşalda bilər. Yəni hesabdan pulları çıxarıb xərcləyəcək. Ona görə də hesaba həbs qoyulması tələb olunur. Məhkəmə hesab etsə ki, bəli, Telman İsmayılov elə bir insandır ki, etibar doğurmur, həqiqətən sabah pulları xərcləyə bilər, bu halda hesaba həbs qoyulur. Mümkündür ki, İsveçrə prokurorluğuna belə bir səlahiyyət verilib”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Əkrəm Həsənov deyir ki, Azərbaycan məhkəmələrində bank hesablarına həbs qoyulması praktikası var: "Azərbaycan məhkəmələrində iddianın təmini tədbiri kimi proses başlayan zaman belə vəsatətlər təqdim olunur. Bank hesabına borc qədərində həbs qoyulması istənilir. Məsələn bir şəxsin başqasına 100 min manat borcu var, hesabda isə məbləğ 1 milyondur. 100 min həcmində həbs qoyulması istənilir. Yəni cavabdeh məhkəmə dövründə hesabdan yerdə qalan 900 min manatı götürə bilər. 100 min manata isə məhkəmə iş üzrə qərar verənə qədər sərəncam verə bilməz. Məhkəmə qərar verəndən sonra iddia təmin olunsa, 100 min iddiaçının hesabına köçürülür. Təmin edilməsə, həbs qərarı ləğv olunur və sahibinin sərəncamında qalır. Bu geniş yayılmış praktikadır”.

Əkrəm Həsənov Azərbaycan məhkəmələrinin müvafiq qərarlarının xaricdə, Avropa ölkələrində qüvvəsinin olub-olmaması məsələsinə də aydınlıq gətirib: "Azərbaycan məhkəməsi İsveçrədəki hər hansı bir bank hesabına həbs qoyulması haqda qərar veribsə, həmin qərar İsveçrə məhkəməsi tərəfindən tanınmalıdır. Bir qayda olaraq Avropa ölkələrinin məhkəmələri Azərbaycan məhkəmələrinin qərarlarını tanımır. Buna səbəb kimi Azərbaycan məhkəmələrində ədalətin olmadığını göstərirlər”.

Hüquqşünas deyib ki, məhkəmə qərarlarının qarşılıqlı tanınması haqda müqavilələr olsa da, ümumi prinsip Azərbaycan məhkəmələrinin qərarlarının tanınmasına söykənir.

 

musavat.com

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30