\"ASAN Xidmət\"ə yeni səlahiyyət verildi

\
 
Bundan sora bir sıra nazirliklər və dövlət qurumlarının təqdim etdiyi xidmətlər yalnız Asan xidmət mərkəzlərində həyata keçiriləcək.
 
Sfera.az "Xezerxeber.com"a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən ədliyyə, daxili işlər, vergilər, əmək və əhalinin sosial müdafiəsi, iqtisadiyyat nazirlikləri, əmlak məsələləri dövlət komitəsi, dövlət gömrük komitəsi, dövlət miqrasiya xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, qida təhlükəsizliyi agentliyi və milli arxiv idarəsinin bəzi xidmətləri yalnız asan xidmət mərkəzlərində icra ediləcək.

Daha çox müraciət edilən bir sıra xidmətlərin alternativsiz olaraq yalnız Bakı şəhərindəki Asan xidmətə həvalə olunması bu sahədə paralelliyi aradan qaldıracaq və optimallaşmanı təmin edəcək.

Xüsusi xidmət növü olan notariat fəaliyyəti isə asan xidmətlə yanaşı ənənəvi qaydada da fəaliyyət göstərəcək. Asan xidmətin şöbə müdiri Elnur Niftəliyev qeyd edib ki, asan xidmətin fəaliyyət göstərdiyi rayonlarda da bu proses alternativsiz məhz həmin mərkəzlərdə reallaşacaq.

Xatırladaq ki, hazırda 5-i Bakıda olmaqla ölkə üzrə 15 asan xidmət mərkəzi fəaliyyət göstərir. Bu il ərzində bölgələrdə daha 5 asan xidmət mərkəzi vətəndaşların istifadəsinə veriləcək.
 


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...