Sağlıq

Arıqlamaq üçün ən effektiv üsullar açıqlandı

Arıqlamaq üçün ən effektiv üsullar açıqlandı
 

Həyat tərzində bəzi dəyişikliklər arıqlamaq üçün effektiv üsul ola bilər.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə alman diyetoloqlar "Fit for fun" jurnalına danışıblar. Nəşrin yeni sayında onlar ən effektiv üsulları açıqlayıblar:

Kalori çatışmazlığı yaratmaq. Alman diyetoloqlar məsləhət görür ki, əgər arıqlamaq istəyirsinizsə, rasionun kaloriliyini 150-300 kilokalori azaltmağa cəhd edin. "Buna, məsələn, aşağı qlikemik indeksli məhsullardan istifadə edərək nail olmaq olar", - ekspertlər bildirir.

Sağlam yağlar və daim zülal qəbul etmək. Arıqlamaq üçün daha bir effektiv üsul - rasiona toxluq hissini uzun müddət saxlayan məhsullar (qoz, kətan və çia toxumları, avokado, kətan və zeytun yağları) əlavə etmək. Çox yağlı balığı həftədə bir dəfə yemək olar. Zülal tərkibli məhsullardan - yumurta, paxlalılar, aşağı yağlı kəsmik, ağ pendirlər və toyuq ətini qeyd etmək olar.  

Çətin karbohidratlar yemək. Mərci, yulaf, qarabaşaq, kinoa, amarant və təzə kartofun tərkibində toxluq hissi yaradan liflər var. Bu məhsullar sağlam qida həzminə səbəb olur, orqanizmi həyati vacib maddələrlə təmin edir.

 

Fiziki məşq etmək. Həftədə 2-3 dəfə güc məşqi metabolizmi yüksəltdir, əzələləri bərkidir və böyüdür. Bu isə sonunda arıqlama prosesini sürətləndirilməsi ilə nəticələnir.

Yetərincə yatmaq. Yuxu çatışmazlığı stress hormonu - kortizolun ifrazına gətirib çıxarır. Bu isə yüksək kalorili qəlyanaltıların yeyilməsinə gətirib çıxaran güclü yorğunluq, əhval düşkünlüyünə səbəb olur. "Qayda belədir - arıqlamaq üçün effektiv yuxu sutkada 7-8 saatdan az olmamalıdır", - alman tibb mütəxəssisləri qeyd edib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930