ARB telekanalı yeni sezona fərqli sürətlə gəlir (VİDEO)

ARB telekanalı yeni sezona fərqli sürətlə gəlir (VİDEO)
Son vaxtlar sürətlə böyüyən, inkişaf edən, bir çox maraqlı layihələri ilə tamaşaçıların rəğbətini qazanan ARB telekanalı yeni sezona da fərqli sürətlə gəlir.

Qaynarinfo-nun verdiyi xəbərə görə, ARB-nin Anons qrupunun yeni sezonun əsas verilişləri üçün hazırladığı fərqli üslubdakı anonslar artıq bir müddətdir ki, kanalın efirində yayımlanmağa başlayıb.

Maraqla qarşılanan bu anons roliklərinin çəkilişləri Şəki şəhərində aparılıb. Telekanalın aparıcılarının yer aldığı bu anonsların hər birisi kiçik filmi xatırladır. Anonslar ayrı-ayrı yayımlansa da, hər birində iştirakçıların hansısa qatara tələsdiyi görünür. 

Söhbətin hansı qatardan getdiyi, həmin qatarda nələrin baş verəcəyi hələ ki, sirr olaraq qalır. Əldə etdiyimiz məlumata görə, bu sirrin üstüyeni sezonun ilk günündə açılacaq.

Qeyd edək ki, ARB Anons qrupunun rəhbəri və Baş redaktoru Sevinc Çılğın, rejissoru isə İlham Yaşaroğludur.
 












OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...