Ançelotti komandasından ayrıla bilər

Ançelotti komandasından ayrıla bilər
 

"Napoli" baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşır.

 

Sfera.az  xəbər verir ki, növbəti iki oyun onun Neapol təmsilçisində son matçları ola bilər. Komandanın uğursuz çıxışları klub rəhbərliyini narahat edir.


Son 8 oyunda qalib gələ bilməyən "Napoli" gələn həftə "Udineze"ni məğlub edə və "Genk"lə görüşdə Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməsə Ançelotti ilə yollar ayrılacaq. 50 yaşlı mütəxəssisin klub rəhbərliyi ilə münasibətləri yaxşı deyil.


İtaliyalı mütəxəssis 2018-ci ildən "Napoli"ni çalışdırır. Onun komandası A Seriyasında 20 xalla 7-ci pillədədi.


OXŞAR XƏBƏRLƏR