Dünya

Almaniyadan sığınacaq istəyənlərin sayı açıqlandı

Almaniyadan sığınacaq istəyənlərin sayı açıqlandı
Almaniya Daxili İşlər Nazirliyi Federal Miqrasiya və Miqrant İdarəsinə istinadən Almaniyadan sığınacaq istəyənlərin sayını açıqlayıb.

Sfera.az xəbər verir ki, sentyabr ayında 12 min 976 nəfər sığınacaq üçün müraciət edib. Bu rəqəm avqust ayı ilə müqayisədə 2 min 146 nəfər daha azdır.
Sentyabr ayında sığınacaq üçün müraciət edənlər arasında 2 min 844 nəfərlə suriyalılar birinci yeri tutub. Suriyalılardan sonra 219 nəfər iranlı, 180 nəfər iraqlı, 93 nəfər türk və 838 nəfər əfqan müraciət edib.

Bu ilin yanvar-sentyabr ayları arasında ümumilikdə 142 min 167 miqrasiya müraciəti edilib.

Rəsul
Sfera.az

 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31