Alimlər açıqladı: Bu yerdə dəmirdən “qar” yağır

Alimlər açıqladı: Bu yerdə dəmirdən “qar” yağır

Yerin daxili nüvəsinin üstü 300 kilometrdən artıq qalınlıqda bir təbəqə meydana gətirən kiçik hissəciklərlə - dəmir "qar”la örtülüb. Bu barədə "JGR Solid Earth” jurnalında yayımlanan araşdırmadan məlum olur.

Alimlər Yerdən keçən seysmik dalğaların təbiətini izah edən bir model təklif ediblər. Onların sözlərinə görə, nüvənin xarici və daxili hissələri arasındakı sərhəddə dəmir kristalları olan bir suspenziya qatı mövcuddur.

Nüvədə baş verən proseslər Yerin maqnit sahəsinin və qlobal tektonikanın təbiətini müəyyənləşdirməklə bütövlükdə planetin geoloji həyatına təsir göstərir.

On illərdir geofiziklər planetimizin nüvəsinə yayılan elastik dalğaların xarici nüvənin alt qatlarından keçərkən yavaşlaması ilə bağlı izahat tapmağa çalışırlar.

Bundan əlavə, dalğaların nüvənin hər iki tərəfinə necə ötürülməsi ilə bağlı nəzərəçarpan bir fərq var: şərq yarımkürəsində onların sürəti qərbdən daha çoxdur. Sanki daxili nüvənin xarici səthi viskoz ilə örtülüb, qərb tərəfində isə bu örtüyün qalınlığı daha böyükdür. Bütün bunlar Yerin daxili quruluşunun mövcud modelləri ilə zəif uzlaşır.

Ostindəki Texas Universitetindən və Siçuan Universitetindən olan amerikalı və çinli alimlər seysmik dalğaların nüvədən keçməsinin xüsusiyyətlərini izah edən fiziki bir model hazırlayıblar.

Müəlliflər Yerin daxili nüvəsinin üstünün xarici maye nüvədə meydana gələn və daxili bərk nüvənin səthinə düşərək 300 kilometrdən artıq qalınlıqda bir təbəqə meydana gətirən kiçik hissəciklərlə - dəmir "qar”la örtüldüyünü ehtimal edirlər.

Müəlliflərin fikrincə, seysmik dalğaların həqiqi hərəkətinin nəzəri proqnozlardan fərqlənməsinə səbəb elə bu yığılmış çamur örtüyü və ya suspenziyadır.

 



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...