Aktyorumuz Bollivud filmində

Aktyorumuz Bollivud filmində

Əməkdar artist Cavanşir Hadıyev Bollivud istehsalı olan filmə çəkilir.

Bu barədə C.Hadıyev "Facebook" hesabında məlumat paylaşıb.

O bildirib ki, uşaqlıqdan Hindistan filmləriniböyük həvəslə izləyib. Hindistan filmində rol almaq təklifi isə aktyor üçün gözlənilməz sürpriz olub.

Əməkdar artistin çəkiləcəyi filmlə bağlı təfərrüatları öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Cavanşir Hadıyevlə əlaqə yaradıb.

Aktyor deyib ki, onunHindistan filmində çəkilməsinə"Nərimanfilm" kinostudiyası şərait yaradıb:

"Nərimanfilm"dən zəng gəldi. Söylədilər ki, məni Hindistan kinematoqrafçılarına təqdim ediblər. Onlar tez-tez öz filmlərini Azərbaycanda lentə alırlar. Son illərdə hindlilər Azərbaycanda 15-ə yaxın ekran əsərinin çəkilişini aparıblar.

Çəkiləcəyim film Bollivud istehsalıdır. Onlar mənimlə görüşüb kiçik bir video çəkdilər. Həmin görüntüləri filminquruluşçu rejissoruna göndərdilər. Üçgündən sonra zəng gəldi, bildirdilər ki, filmin rejissoru Bakıdadır, mənimlə görüşmək istəyir. İlk görüşdən rejissordedi ki,bu obrazı məhz mənə yaraşdırıb, mənimlə işləmək istəyir".

"Kəşmir müsəlmanlarının milli qəhrəmanı, sevimli liderləri və Hindistan hökumətinin qatı düşməni Əbu Həmzəni urdu dilində canlandırmaq böyük bir məsuliyyətdir", - deyən aktyor filmin dörd ölkədə çəkiləcəyini dilə gətirib.

"Sözügedən film məkan olaraq Azərbaycan, Dağıstan, Qazaxıstanvə Hindistanda lentə alınacaq. Ekran işində urdu dilində danışacağam. Mən isə bu dili bilmədiyim üçünsözləribir-bir əzbərləyəcəyəm. Sözlərin düzgün tələffüzü mütləqdir. Onlar özləri mənə bu işdə yardımçı olacaqlar. Təbii ki, daha sonra səsləndirmə də olacaq".

C.Hadıyev qeyd edib ki, filmin çəkilişlərinə sabahdan etibarən start veriləcək:

"Çəkilişlər sabah başlayır. Hindistandan nümayəndələri artıq bir aydır ölkəmizdədirlər. Məkan olaraq isə Quba rayonu seçilib. Bu gün axşam ora yola düşürəm".

Aktyor filmdən alacağı qonorarı açıqlamasa da, kifayət qədər böyük rəqəm olduğunu gizlətmədi:

"Qonorarın nə qədər olduğunu açıqlamaq istəmirəm. Bir onu deyə bilərəm ki, Azərbaycanda qazana biləcəyim məbləğdən qat-qat çoxdur".

Əməkdar artist onu da bildirib ki, filmin premyerasına şəxsən rejissor tərəfindən dəvət alıb. Ekran əsəri isə gələn ilavqustun 15-də Hindistanda nümayiş olunacaq.

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...