Adnan Oktarın “Bacı”sı başına gələnlərdən danışdı - Video

Adnan Oktarın “Bacı”sı başına gələnlərdən danışdı - Video
Türkiyə dövlətinə qarşı əməl törətməkdə ittiham olunaraq ilyarım həbsxanada saxlanılan Adnan Oktarın tərəfdarlarından 91-i ev dustaqlığına buraxılıb. Onlardan 77-si qadındır.
Bizimyol.info xəbər verir ki, dünən Türkiyə mətbuatı həbsxanadan çıxan qadınların evlərinə yox, Adnan Oktarın villalarına, otellərinə üz tutduğunu yazmışdı. Çıxanlardan Oktarın sağ əli sayılan "Bacı” ləqəbli Tülay Kumaşçı Dəmirörən Xəbər Agentliyinə (DHA) müsahibəsində medianın həqiqəti yazmadığını bildirib.

"Deyirlər ki, qızların bir çoxu otelə gedib. Belə bir şey yoxdur. Hər kəs evinə getdi. Əksinə, ailələrdən böyük dəstək var. Barmaqla sayılacaq qədər ailə təsirə düşüb. Biz 3-4 yoldaş birlikdə qalırıq. Amma ailəmizlə də görüşürük. Analarımız lazım olan şeyləri alıb gətirir. Bizə çox bağlıdırlar. Onları çox sevirik”, - Tülay Kumaşçı deyib.

"Bacı” dövlətə qarşı heç nə planlamadıqlarını bildirir. O, indi evində yaşadığını və özünü azad hiss etdiyini söyləyib. Kumaşçı həbsxanada yaxşı münasibət gördüklərini deyib: "Düzdür, cinayət törətmiş adamlarla qaldıq. Narkotik maddə satanlar vardı. Rumın yoldaşlarla qaldıq. Gerçəkdən bir imtahan keçdik. Bu da bizə bir təcrübə oldu”.
 



 


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...