Ağcabədidə 14 qoyuna görə fermeri öldürdülər

Ağcabədidə 14 qoyuna görə fermeri öldürdülər

Ağcabədi rayonunda gənc oğlan dayısı ilə birgə fermeri öldürüb.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, yanvarın 20-də rayonun Hindarx qəsəbə sakini, 1969-cu il təvəllüdlü İltifat Cənnətovpolisə müraciət edərək qardaşı, 1956-cı il təvəllüdlü Əhliman Cənnətovun saat 04:00 radələrində özünə məxsus fermadan 15 baş qoyunla birlikdə getdiyini və geri qayıtmadığını bildirib.

Ə.Cənnətovun Hindarx qəsəbəsi ərazisində yerləşən fermasına, yaşayış üçün nəzərdə tutulmuş bir otaqdan ibarət tikiliyə və tövləyə baxış keçirilib. Bu zaman hər hansı cinayət izi aşkar olunmayıb.

 

Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu və oğurluq maddələri ilə cinayət işi başlanılıb.

Yanvarın 22-də cinayət işi məcəllənin tamah məqsədilə adam öldürmə maddəsinə tövsif olunub.

İstintaq zamanı müəyyən edilib ki, rayonun Şərəfxanlı kənd sakini, 1988-ci il təvəllüdlü Mamedzadə Sərxan Saleh oğlu dayısı, 1980-cı il təvəllüdlü Mansur Qasımovla birlikdə qabaqcadan Ə.Cənnətovu öldürərək heyvanları ələ keçirməyi planlaşdırıblar.

Yanvarın 19-u axşam saat 20:00 radələrində M.Qasımova məxsus avtomobillə Ə.Cənnətovun fermasına gəliblər. Əhliman onlara yaxınlaşaraq salamlaşıb, bu zaman Mansur onu ağac parçası ilə vurub yerə yıxıb, daha sonra huşsuz vəziyyətdə olan kişini özü ilə gətirdiyi iplə boğaraq öldürüb.

Ə.Cənnətovun meyitini maşının baqajına qoyaraq fermadan 150 metr kənarda əkin sahəsində basdırıblar. Daha sonra fermadakı 14 baş qoyunu götürüb Ağcabədi mal-qara bazarına aparıb satıblar, əldə etdikləri pulu aralarında bölüblər.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...