ABŞ tarixinin ən sensanion sui-qəsdləri yenidən araşdırılır - Ölümlərin arxasında ABŞ kəşfiyyatı var?

ABŞ tarixinin ən sensanion sui-qəsdləri yenidən araşdırılır - Ölümlərin arxasında ABŞ kəşfiyyatı var?
ABŞ tarixinin ən sensasion sui-qəsdləri ötən əsrdə baş vermişdi. XX əsrdə Martin Luther King, John F. Kennedy, Robert F. Kennedy, Malcolm X və Tupac Shakur kimi ABŞ və dünya ictimayətinin daim diqqət mərkəzində saxladığı, xalq arasında böyük nüfuzu olan və müəyyən bir ideologiyanın daşıyıcısı hesab edilən şəxslər müxtəlif metodlarla öldürüldülər. 

Sözügedən şəxsləri qətlə yetirənlərin kimliyi istintaq nəticəsində müəyyən edilsə də bu şəxslərə sui-qəsd əmrlərinin kim və ya kimlər tərəfindən verildiyi illərdir müzakirə edilir. 

Sui-qəsdlərin gerçək səbəbini müəyyənləşdirməyə çalışan bir qrup ABŞ vətəndaşı və Martin Luther King-in qohumları yeni bir istintaqın başladılması üçün müraciət edib.

Bundan dərhal sonra Cənubi Afrikanın sabiq Prezidenti Nelson Mondelanın qurduğu Həqiqət və Uzlaşma Komissiyası illərdir müxtəlif spekulyasiyaların yaranmasına səbəb olan sui-qəsdlərin yenidən araşdırılması barədə bəyanat verib.

Bəyanatda Martin Luther King, John F. Kennedy, Robert F. Kennedy, Malcolm X ve Tupac Shakur kimi şəxslərin öldürülməsiylə bağlı cinayət işinin yenidən başladılması barədə çağırış edilib.

Qurumdan verilən açıqlamada bu cür sui-qəsdlərin təsadüfi olmadığı və "siyasi şiddət"in nəticəsi olaraq meydana gəlidiyi vurğulanıb.

Komissiyanın verdiyi bəyanatda həmçinin, sui-qəsdlərin arxasında böyük güclərin dayandığı bildirilib. 

Qeyd etmək lazımdır ki, bu bəyanat ABŞ mətbuatında böyük rezonans yaradıb və xüsusən də Prezident Kennedy-ə qarşı həyata keçirilən sui-qəsddə ABŞ kəşfiyyatının əli olması barədə iddialar var.

 ABŞ Prezidenti Kennedy-ə qarşı həyata keçirilən sui-qəsdin gizli və bir o qədər də şübhəli detallarını oxuculara təqdim edirik:

1963-cü ildə ABŞ-ın Texas ştatının Dallas vilayətində qətlə yetirilən Kennedy-nin qatilinin Lee Harvey Oswald olduğu açıqlanmışdı. 

Oswald həbs edildi, lakin iki gün sonra öldürüldü. Onu öldürən Rubin adlı şəxs isə saxlanıldığı kameradan qaçırıldı.

1968-ci ildə qardaşının siyasi xəttini davam etdirmək məqsədilə prezident seçkilərinə qatılan gənc siyasətçi və Con Kennedy-nin qardaşı Robert Kennedy də sui-qəsdin qurbanı oldu.

Kennedy sui-qəsdindəki bu müəmma Kennedy başda olmaqla digər məşhurların öldürülməsində müxtəlif gizli orqanların, kəşfiyyatın və s. barmağının olduğuna işarə edir.EurasiaDiary

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...