ABŞ səfirliyinə silahlı hücum

ABŞ səfirliyinə silahlı hücum
ABŞ-ın Monteneqro səfirliyinə silahlı basqın olub.

Sfera.az xarici KİV-lərə istinadən xəbər verir ki, kamikadze səfirliyin binasını əl bombası ilə partlatmağa cəhd edib. Hadisə vaxtı xəsarət alan olmasa da kamikadze həyatını itirib.

Kimliyi, hansı təşkilata mənsubluğu məlum olmayan şəxs bombanı səfirliyin binasına atdıqdan dərhal sonra hadisə yerində intihar edib.

Çernoqoriya hökuməti hadisə ilə əlaqədar ölkənin polis və təhlükəsizlik orqanlarının araşdırmalara başladığını açıqlayıb. ABŞ səfirliyinin sözçüsü Ceff Adler də kamikadzenin kimliyinin naməlum qaldığını açıqlayıb. 

Çernoqoriya KİV-ləri qeyd edirlər ki, terrorçu bombanı divarın üstündən səfirlik binasının içinə atmağa cəhd edib, amma buna müvəffəq olmayıb.


Mənsur Rəğbətoğlu

Sfera.az

OXŞAR XƏBƏRLƏR