Dünya

ABŞ prezidenti Donald Trampdan dollarla bağlı çağırış

ABŞ prezidenti Donald Trampdan dollarla bağlı çağırış
ABŞ prezidenti Donald Tramp faiz dərəcələrini azaltmadığına görə Federal Ehtiyat Sistemini (FRS) növbəti dəfə tənqid edib.

"Report” xəbər verir ki, bu barədə ABŞ lideri "Twitter” səhifəsində yazıb.

O, bu gün baza faiz dərəcəsini sabit saxlayaraq depozit dərəcəsini aşağı salan Avropa Mərkəzi Bankını nümunə göstərib: "Avropa Mərkəzi Bankı cəld tərpənərək dərəcələri 10 faiz bəndi aşağı salıb. Onlar avronu bizim ifrat güclənmiş dollarımız qarşısında ucuzlaşdırmağa çalışır və buna da nail olur. Nəticədə ABŞ-ın ixracatına ziyan vurulur... FRS isə sakitcə yerində oturub. Onlara borc pul vermələri üçün maaş verilir, biz isə faiz ödəyirik!”

Qeyd edək ki, Avropa Mərkəzi Bankı bu gün baza faiz dərəcəsini sıfır səviyyəsində saxlayaraq depozit dərəcəsini -0,4 faizdən -0,5 faizədək azaldıb. Kredit dərəcəsinin yuxarı həddi 0,25 faiz səviyyəsində saxlanılıb.

Xatırladaq ki, ötən gün prezident D.Tramp FRS-in baza faiz dərəcəsini sıfırda saxlamağa, yaxud da mənfi səviyyəyədək azaltmağa çağırmışdı.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031