97 yaşlı şahzadə sürücülük vəsiqəsindən imtina etdi

97 yaşlı şahzadə sürücülük vəsiqəsindən imtina etdi
Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı Edinburq Şahzadəsi Filip sürücülük vəsiqəsindən imtina edib.

Sfera.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayından məlumat verilib. 97 yaşlı şahzadə 17 yanvarda səbəb olduğu avtomobil qəzasına görə üzr istəyib və sürücülük vəsiqəsindən imtina etdiyini açıqlayıb.


Qeyd edək ki, təhlükəsizlik kəmərindən istifadə etməyən şahzadə idarə etdiyi "Land Rover Freelander" markalı avtomobillə "Kia" markalı maşınla qəzaya səbəb olmuş və hadisə zamanı "Kia"dakı sərnişinlərdən birinin biləyi qırılmışdı.

OXŞAR XƏBƏRLƏR