Hadİsə

84 nəfəri öldürmüş manyak Özləri günahkardılar

84 nəfəri öldürmüş manyak — Özləri günahkardılar
"Hesab"ında 20-dən artıq qətl olan, "Anqara qəssabı" kimi tanınan Mixail Popkovın yeni məhkəmə prosesi başlayır.
 
Əməllərinə görə ömürlük həbs cəzası alan və indi həbsxanada olan sabiq milis əməkdaşının yenidən məhkəməyə cəlb olunmasının səbəbi onun daha 60 qadının qətlində suçlanmasıdır.

M.Popkov ilk qətlini hələ 1992-ci ildə törətmişdi.

Müstəntiqlər onu iki qızı aldadaraq apardığı və başlarını balta ilə kəsdiyi yerə, İrkutsk şəhərinin kənarındakı meşəliyə aparıblar.

"Qızları tanımırdım. Buraya gətirdim və öldürdüm. Soyadları da yadımda deyil. Fotolarına baxanda xatırladım onları", - M.Popkov söyləyib.

M.Popkov 84 qətldə ittiham olunur.

İstintaq materiallarına görə, Mixail Popkovda psixi sapıntılar və ruhi-əsəb xəstəliklər olmayıb.

M.Popkov milis paltarında, şəxsi avtomobilində olarkən "qurban"larını arayırdı. Onun "axtarış yer"ləri adətən restoran və ya diskotekaların yanı olurdu.

"Qurban"ına "Gəlin, sizi aparım!" deyir, sonra da zavallını ya qəbristanlığa, ya da meşəliyə aparırdı.

Qətl üçün də balta, yivaçan, yaxud sapyor belindən istifadə edirdi.

"O insanların günahları vardı. Onların özləri günahkar idilər", - M.Popkov deyib.  ///milli.az

Sfera.az

XƏBƏR LENTİ