65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib

65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib
Azərbaycanda pozuntulara yol verən 65 bələdiyyə sədrinin işi məhkəməyə göndərilib. 

Sfera.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Yığıncaqda bələdiyyə institutunun yaradılmasının 20 illiyi ilə əlaqədar cari ildə nazirlik tərəfindən bələdiyyələrə metodiki köməkliyin göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması ilə bağlı görülən işlər qeyd olunub. 

Toplantıda 38 minədək bələdiyyə aktının inzibati nəzarət qaydasında yoxlanılaraq onlardan 900-dək aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, pozuntulara yol verən 65 bələdiyyə sədri barədə inzibati xəta haqqında protokolların məhkəmələrə, cinayət xarakterli 16 fakt üzrə materialların isə prokurorluğa göndərildiyi bildirilib. 

Eyni zamanda görülmüş tədbirlər nəticəsində qanunsuz ayrılmış 2800 hektar torpaq sahəsi geri qaytarılıb. 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...