300 minlik “Maseratti”yə həyat yoldaşının adını yazdırdı - FOTO
18:00 / 19.05.2018
11513
Bir müddət öncə ailə həyatı quran tanınmış müğənni Alişan ilə həyat yoldaşı Busə Varol restoranların birində iftar süfrəsindən ayrılarkən görüntüləniblər.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Alişanın avtomobil nömrəsi jurnalistlərin diqqətini cəlb edib.
Alişanın 300 minlik "Maserati Levante” modelli avtomobilinin nömrə nişanı "TR 34 BU...” ilə başlayır.
Məşhur müğənninin 300 min avroluq avtomobilinə həyat yoldaşının adını həkk etdirməsi sosial şəbəkə istifadəçilərinin də marağını cəlb edib. Bir sözlə, Alişan bu addımı ilə gündəmdə qalmağı bacarıb.
Camal
Sfera.az