28 yaşlı Leylanın yaxtada biznesmenlə meyidi tapıldı — FOTO

28 yaşlı Leylanın yaxtada biznesmenlə meyidi tapıldı — FOTO
 
İspaniyada 28 yaşlı Leyla Sultanqarevanın cəsədi 48 yaşlı italyan biznesmenlə birlikdə dəbdəbəli yaxtada tapılıb.
 
Sfera.az anspress-ə istinadən xəbər verir ki, 28 yaşlı qız bir müddət əvvəl Kazandan gələrək paytaxt Moskvada Dövlət İdarəetmə Universitetində təhsil almağa başlayıb.
 
İtalyan mətbutında yer alan xəbərlərə görə, 48 yaşlı iş adamı münasibətdə olduğu 28 yaşlı tələbə ilə birlikdə İspaniyaya istirahətə yollanıb.
 
Cütlük birlikdə şam etdikdən sonra icarəyə götürdükləri yaxtaya qayıdıblar. Daha sonra nələrin baş verdiyi haqqında hələ ki heç bir məlumat yoxdur. Polisin yaxtada apardığı axtarışlar nəticəsində bahalı spirtli içki və narkotiklər tapılıb.
 
Araşadırmaçıların sözlərinə görə, biznesmen və onun sevgilisi dəm qazından boğulublar. Cütlüyün cəsədləri növbəti gün səhər saatlarında yaxtanın sahibləri tərəfindən aşkar olunub.
 


OXŞAR XƏBƏRLƏR