“TikTok” istifadəçilərinə ŞAD XƏBƏR
20:03 / 04.07.2021
2438
Qısa videoçarxlar şəbəkəsi kimi tanınan "TikTok"da ciddi dəyişiklik gözlənilir.
Sfera.az "publika.az”a istinadən xəbər verir ki, Çinin "ByteDance" şirkətinə məxsus şəbəkədə yerləşdirilən videoların müddətinin 3 dəfə artırılması planlaşdırılır.
Yenilik sayəsində artıq bir videoçarxın bir neçə hissəyə bölünərək şəbəkəyə yüklənməsinə ehtiyac qalmayacaq.
Qeyd edək ki, "TikTok" videolarının maksimal xronometrajı 1 dəqiqədir.