Texnologİya

“WhatsApp” və “İnstagram”ın adları dəyişdiriləcək

“WhatsApp” və “İnstagram”ın adları dəyişdiriləcək
"WhatsApp” və "İnstagram” tətbiqetmələrin adına "Facebook-dan” sözü əlavə ediləcək. "Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə "The Information” nəşri məlumat yayıb.
Qeyd olunub ki, dəyişdirilən adlar Google Play Store və App Store mobil dükanlarında göstəriləcək. Bundan əlavə, yenilənmiş adlar bu iki tətbiqin içərisində də görünəcək.

Lakin mobil cihazların ekranlarında tətbiqlərin adları eyni qalacaq.

"Facebook” şirkətinin sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031