Dünya

Batumidə azərbaycanlıların olduğu mikroavtobus qəza törətdi

Batumidə azərbaycanlıların olduğu mikroavtobus qəza törətdi
Gürcüstanda azərbaycanlıların xəsarət aldığı yol qəzasının təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, Bakıdan yola düşən mikroavtobus Batumidə qəza törədib. Ötmə əməliyyatı yerinə yetirən sərnişin avtobusu qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü və bir neçə sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılıb.

Sərnişinlərin xəsarətləri yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıb. Hər iki ayağından ağır yaralanan sürücü isə stasionar müalicəyə götürülüb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031