Mühacirlərin dönüşü və Kərimlinin kədəri – “Siyasi dəfn”ə hazırlıq gedir

Mühacirlərin dönüşü və Kərimlinin kədəri – “Siyasi dəfn”ə hazırlıq gedir
 

Azərbaycanda sosial sferada aparılan islahatlara paralel olaraq, sülhə, barışığa köklənmiş və ictimai rəydə siyasi açılım olaraq qəbul edilən islahatlar müşahidə olunur. Xüsusilə Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə konkret cinayət əməllərinə baxmayaraq, adı hüquq müdafiəçilərinin siyahısına düşmüş şəxslərin cəzasının çəkilməmiş hissəsinin bağışlanması, iqtidarın milli məsələlərdə siyasi düşüncəsindən asılı olmayaraq, bütün qüvvələrlə dialoqa hazır olması və bunun yüksək səviyyəli rəsmilərin dilindən hər zaman səsləndirilməsi ölkədə müsbət mənzərə yaradıb.

 

 

Siyasət mübarizədir, hər bir siyasi partiya ölkəni hamıdan yaxşı idarə edə biləcəyini hesab edir və iqtidarda olan qüvvələrə qarşı mübarizə aparır. Bu mübarizə əxlaq çərçivələrini və milli maraqların cizgilərini aşmadıqca normaldır, təbiidir. Azərbaycanda siyasi mübarizədə əxlaq çərçivələrini aşmayan, milli maraqları siyasi ambisiyalarına qurban verməyən konstruktiv qüvvələr var və mövcud iqtidar həmişə belə qüvvələrlə əməkdaşlıqda maraqlı olub. Hətta əxlaq qaydalarını alt-üst edən, siyasi və fərdi maraqları hər şeydən üstün tutanlara da bu iqtidar "barışıq əlini” uzadıb, dövlət və milli maraqlar naminə siyasi ambisiyaları bir kənara qoymağı təklif edib, bu təklif qəbul edilməsə belə qapını hər zaman açıq saxlayıb. Çünki Azərbaycan hər birimizin evidir və bu gün bu ölkənin Prezidenti olan İlham Əliyev 2003-cü ildə "Hər bir azərbaycanlının prezidenti olacam” vədinə həmişə sadiq qalıb. Hakimiyyətə qarşı ən sərt mövqedə dayananların ən çətin vəziyyətində də Prezident İlham Əliyevin kömək əlini uzatması bunu təsdiqləyir.


 

 

Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir. Uinston Çörçillin bu sözləri fonunda Azərbaycanda seçkiləri düşünən və siyasi ambisiyalarını təmin etmək üçün bu ölkənin əleyhindəki bütün qapıları döyən siyasətçilər də bəllidir, gələcək nəsilləri düşünən dövlət xadimləri də…


 

Prezident İlham Əliyevin siyasi açılımı da məhz onun gələcək nəsilləri düşünən dövlət xadimi olmasından irəli gəlir. Və bu siyasi açılımın əsas hədəfi də milli barışığın, milli anlaşmanın təmin edilməsidir.


 

Azərbaycandan müxtəlif yollarla Avropaya köçmüş və mühacir adı altında yaşayanlara iddiaların tam əksinə olaraq, ölkəyə qayıtmaq və azad yaşamaq haqqının tanınması da buna hesablanıb.


 

"Əgər kimsə özünün günahsızlığına əmindirsə, hansısa qanunsuz əməldə iştirak etməyibsə, ölkəsinə sərbəst gələ bilər. Yenə də deyirəm ki, hər hansı bir təhlükə yoxdur. Son zamanlar atılan uğurlu addımları da görürsünüz. Meydan TV əməkdaşları ilə bağlı elə eşitdiklərimiz buna nümunədir”.


 

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun bu sözləri məsələni tam aydınlaşdırdı.


 

Siyasi mövqeyindən asılı olmayaraq, istənilən azərbaycanlı öz ölkəsinə qayıda və rahat yaşaya bilər. Prezidentin əfv sərəncamı, ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin üzərindən bu qadağanın götürülməsi və siyasi cameədə müşahidə olunan müsbət tendensiyalar da bunu təsdiqləyir.


 

"Meydan tv”-nin keçmiş rəhbəri, ən sərt mövqeyi ilə seçilən Emin Millinin Prezident İlham Əliyevdən üzr istəməsi göstərir ki, Avropada mühacir adı altında yaşayanlar Azərbaycandakı siyasi açılımdan bəhrələnmək istəyirlər.

 

Və bu siyasi açılımın nəticələrinin necə olacağı bəllidir:

 

a) Cəmiyyətdə milli barışıq güclənəcək;

b) Siyasi atmosfer yumşalacaq;

c) Bu və ya digər formada anti-Azərbaycan dairələrin toruna düşən mühacirlərin sayı azalacaq;

d) Təbii olaraq, hakimiyyətə qarşı sərt mövqedə dayananların sıraları seyrələcək.

 

Hakimiyyət bütün siyasi mühacirləri bağışlamağa hazırdır, buna sevinənlər də var, kədərlənənlər də…

 

 

AXCP sədri Əli Kərimli isə hakimiyyətin bu addımından ciddi depressiyaya düşdü və dərhal "iqtidarı qeyri-səmimilikdə” ittiham etdi. Onun qorxusunun səbəbi məlumdur: hakimiyyətin istənilən müsbət addımı və bunun nəticəsində baş verən siyasi yumşalma Kərimlinin "siyasi ölümünü” bir az da sürətləndirir.

 

 

Və "suda boğulan saman çöpündən yapışan” kimi Kərimli də Tural Sadıqlıdan yapışdı və bildirdi ki, Sadıqlının beynəlxalq axtarışa verilməsi "hakimiyyətin səmimi olmadığını” təsdiqləyir. Halbuki, "söyüş müxalifəti”nin aparıcı simalarından olan Sadıqlı nə Azərbaycan cəmiyyəti, nə də mühacirətdəkilər tərəfindən ciddi qəbul olunur. Ən maraqlısı isə sosial şəbəkələrdə Kərimlinin "virtual ordusu” maraqları toqquşanda zaman-zaman Sadıqlını hədəfə alması, indi isə AXCP sədrinin bu şəxsi ictimaiyyətə "qəhrəman” kimi təqdim etməsidir.


 

Kərimlinin "qəhrəmanlaşdırdığı” bu şəxsin kimliyi, ölkədə olarkən etdikləri, Avropaya qaçandan sonra da öz mahiyyətindən kənara çıxmaması hər kəsə məlumdur.


 

Lakin AXCP sədrinin belə bir şəxsi "qəhrəmanlaşdırması” və "boğulmamaq üçün” ondan yapışması göstərir ki, siyasətin "islaholunmaz” adamı özünün "siyasi ölümünü” artıq özü də dərk edir və bundan ciddi qorxduğunu gizlədə bilmir.


 

Kərimli qorxur ki, hakimiyyətin siyasi açılımı mühacirlərin ölkəyə qayıtmasına, siyasi yumşalmasına səbəb ola və onun meydanda tamamilə tək qalmasına səbəb olar. Çünki cəmiyyətdən dəstək ala bilmədiyini anlayandan sonra mühacirlər AXCP sədrinin "son ümidi” idi.

 

 

"Son ümidi”ni itirən Kərimlinin isterik şəkildə hücum keçməsi, nəinki hakimiyyəti, həm də mühacirətdə olanları da hədəf alması təəccüblü deyil.


 

Onun "hakimiyyət yalnız "islah olunmuş” mühacirləri Azərbaycanda görmək istəyir” sözləri də məhz siyasi nifrəti qəbul etməyənlərə ünvanlanıb və başlıca hədəf Emin Millidir. Əslində Emin Millinin Prezidentdən üzr istəməsi və son dövrlər verdiyi açıqlamalar mühacirlərin hakimiyyətin açılımına müsbət yanaşdığını təsdiqləyir.


 

Kərimli anlayır ki, bu açılım siyasi nifrəti aradan qaldıracaq, iqtidara qarşı tənqidləri ciddi şəkildə azaldacaq, Qərbdə anti-Azərbaycan dairələrin əlindəki böyük bəhanələrdən biri sıradan çıxacaq və onun "siyasi dəfni” reallaşacaq. Buna görə də isterik şəkildə siyasi nifrəti körükləməyə çalışır, müxtəlif iddialarla siyasi açılımın qarşısını almağa cəhd göstərir.


 

 

Onun nifrəti o qədərdir ki, Çikatilo qəbirdən ayağa qalxsa və Azərbaycan hakimiyyətini tənqid etsə, "o da siyasi məhbusdur” deyə elan verəcək. Və Çikatilo ilə müqayisədə Kərimli özünü "siyasətin seriya qatili” kimi aparır.


 

– Əbülfəz Elçibəyə qarşı hər cür ağılasığlmaz addımlar atdı; Siyasi ambisiyaları uğuruna ağılasığmaz qüvvələrlə əməkdaşlığa getdi; bu xarakteri Elçibəyin komandasında olanların hamısının AXCP-dən uzaqlaşması ilə nəticələndi və bu gün onun ətrafında yalnız ona sitayiş edən və "manqurtlaşmış” dəstəsi qalıb; Ən kiçik tənqidi belə sərt şəkildə cəzalandırır; AXCP-də kimsə ona qarşı əks fikir səsləndirə bilməz; Ölkədə hər-hansı müsbət addımı qiymətləndirən istənilən şəxs onun düşmənidir;


 

Və bunun fonunda Kərimlinin hakimiyyəti siyasi dözümsüzlükdə ittiham etməsi istər-istəməz "seriya qatillərinin” onun kimi olmayan hər kəsi düşmən gözündə görməsini xatırladır…

 

 

Asif Nərimanlı


OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...