\"Sağ tərəfdə oturan tələbələr yola səpələndilər ...\"- Tələbələrin öldüyü qəzanın təfərrüatları+ FOTO

\
Günün ən DƏHŞƏTLİ XƏBƏRİ: Tələbələrin öldüyü qəzanın təfərrüatları (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bu gün Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Ford-Tranzit" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 5 tələbə ölüb, 20-ə yaxın tələbə isə yaralanıb.

Yaralıların bir neçəsi 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Dəhşətli qəzadan sağ çıxan tələbə Seymur Əmirov AzVision.az- hadisənin təfərrüatlarını açıqlayıb.

"Hadisə Masazır körpüsünün üstündə baş verdi. Körpünün üstündə "ZİL" markalı yük maşını dayanmışdı. Sürücü "ZİL"-in dayandığı yerə iki daş qoymuşdu. Biz Sumqayıt istiqamətində hərəkətdə olarkən anidən sürücü mikroavtobusu sağa çəkdi. Bizim sürücümüz deyəsən daşları görmədi və "Ford" həmin yük maşınına dəydi. Bundan sonra demək olar ki, mikroavtobusun sağ tərəfi sıradan çıxdı. "Ford"un sağ tərəfində oturan tələbələr yola səpələndilər. Hadisə anidən baş verdi. Biz nə baş verdiyini bilmirdik. "Ford" dəmir maneəyə dəyəndən sonra dayandı. Biz aşağı düşüb, yaralıları "Ford"dan çıxarırdıq. Sağ qaldığımıza inana bilmirdik. Şüşələri sındırdıq, yaralıları çıxarıb maşına mindirdik. Mikroavtobusda 25-dən çox tələbə var idi. Tələbələrin çoxu rayon uşaqlarıdır"- qəzanın şahid bildirib.

Qeyd edək ki, qəza nəticəsindəSumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı dünyasını dəyişib. Hadisəyə səbəb olan sürürü saxlanılıb.






OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...