Zeynal Nağdəliyevin daha bir əməkdaşı İŞDƏN ÇIXARILDI
13:24 / 14.06.2020
6009
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb.
Sfera.az xəbər verir ki, şöbənin sektor müdiri Rüfət Əliyev tutduğu vəzifədən azad edilib.
R. Əliyev sabiq Tikinti və sənaye naziri Ənvər Əliyevin oğludur.
Qeyd edək ki, bu şöbənin daha 5 əməkdaşı işdən çıxarılmışdı.
Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdi. (unikal.org)