“Zəfər” musiqi müsabiqəsinin qalibləri bəlli oldu - FOTOLAR

“Zəfər” musiqi müsabiqəsinin qalibləri bəlli oldu - FOTOLAR
"İslahatçı Gənclər” İctimai Birliyi və Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Zəfər” onlayn musiqi müsabiqəsi başa çatıb. Müsabiqədə Azərbaycan, Türkiyə və Gürcüstanı təmsil edən 45 gənc ifaçı iştirak edib.

Bugün keçirilən canlı və onlayn toplantıda münsiflər bir araya gələrək qalibləri elan ediblər. Toplantıda "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Müsabiqə Komissiyasının sədri, Əməkdar artist Aybəniz Haşımova, Xalq artisti Fidan Hacıyeva, Bakı Musiqi Akademiyası prorektoru, Xalq artisti Yeganə Axundova, Xalq artisti Şahnaz Haşımova, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Əməkdar artist Əziz Qarayusifli, Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov, Gürcüstanı təmsil edən musiqi eksperti Tsitsino Bichikashvili iştirak ediblər.

Natiqlər bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda musiqi mədəniyyətinin inkişafına, gənc yaradıcı və istedadlı gənclərin irəli çəkilməsinə çox böyük diqqət göstərib. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan mədəniyyəti intibah dövrünə qədəm qoyub.

Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Zəfər” onlayn musiqi müsabiqəsinə də müxtəlif janrlar üzrə çox sayda istedadlı gənc qatılıb. Onların qiymətləndirilməsi yaş və janr kateqoriyası üzrə aparılıb.

İştirakçı gənclər müvafiq olaraq Qran Pri mükafatlarına, eyni zamanda Fəxri Diplomlara layiq görülüb.

Qeyd edək ki, "Zəfər” onlayn musiqi müsabiqəsinin Münsiflər Heyətində aşağıdakı şəxslər təmsil olunub.

Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımova(Müsabiqə Komissiyasının sədri)

Xalq artisti Mənsum İbrahimov

Xalq artisti Fidan Hacıyeva

Xalq artisti Şahnaz Haşımova

Bakı Musiqi Akademiyası prorektoru, Xalq artisti Yeganə Axundova

Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Əməkdar artist Əziz Qarayusifli

Akademik Milli Dram Teatrının direktor müavini, aktyor Hacıbaba Məmmədov

Türkiyəli müğənni Müşərrəf Akay

"Harmoniya”- Gürcüstan Folkloru və Klassik Musiqi Birliyinin prezidenti Tsitsino Biçikaşvili


OXŞAR XƏBƏRLƏR