Zakir Həsənov Əfqanıstanda xidmət etmiş hərbçiləri təltif etdi - FOTO

Zakir Həsənov Əfqanıstanda xidmət etmiş hərbçiləri təltif etdi - FOTO
Əfqanıstan İslam Respublikasında həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Müdafiə nazirinin əmri ilə təltif olunub.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ölkəmizi və ordumuzu yüksək səviyyədə təmsil etmiş, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan sülhməranlılarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

General-mayor Kənan Seyidov Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və hərbi qulluqçulara Azərbaycan Respublikasının "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medallarını təqdim edib.

Qeyd edək ki, Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş hərbçilərimiz cari ilin oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "İgidliyə görə” və "Hərbi xidmətlərə görə” medalları ilə də təltif olunublar.

OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...