Yoluxma gün ərzində 500-600 nəfərə qədər arta bilər"- ŞOK PROQNOZ

Yoluxma gün ərzində 500-600 nəfərə qədər arta bilər
 

Azərbaycanda koronavirusa yoluxanların sayı 5 min nəfəri ötüb. Üstəlik son bir ayda yoluxma sayında artım davam etməkdədir, ötən gün isə koronavirusa 250-dən çox insan yoluxub. Bu Azərbaycan üçün rekord rəqəmdir. Eyni zamanda 3300-dən çox insan artıq sağalıb. 61 nəfər, yəni təxminən 1,02 faiz ölüm halı qeydə alınıb. 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycan üçün vəziyyət daha təhlükəli hal ala bilərmi? Yoluxmanın bu səviyyədə artımı nə zamana qədər davam edəcəyi bu gün əsas məqamlardan biridir. Həmçinin xəstələnmə sayı artsa, ölkədəki müalicə müəssisələrində xəstə yerləşdirməsində problem yarana bilərmi?

 

Bununla bağlı Sonxeber.az-a tibb eksperti Adil Qeybulla danışıb. Ekspert ölkəmizdə pandemiyanın artan dinamikasına uyğun olaraq xəstələrin sayının gün ərzində 500- 600 nəfərədək artacağını açıqlayıb:

"Əgər bu tendensiya ilə davam etsə, xəstəliyə yoluxmada artım sayı 500-600 nəfərə qədər arta bilər. Bu görülən tədbirlərdən asılıdır. Xəstəliyin artım tempi mahiyyət etibarı ilə Operativ Qərargahın yalnışlığıdır. Qurum karantin tədbirlərini yumşaltmadan əvvəl karantin davranışlarını şərtləndirməli idi. Müəyyən məsələlərin, insanların necə davranması, istifadəsinə icazə verilən ticarət obyektlərinin və s.işini, fəaliyyətini necə tənzimləməsi haqqında təlimat hazırlamalı idilər. Hazırda xəstəliyə yoluxmada hər gün 20 nəfərin artımını müşahidə edirik. Əslində mənfi dinamika var. Çünki xəstələnmə ilə sağalma arasında fərq var. Yəni virusa yoluxan daha çoxdur, nəinki sağalan".

Professor Adil Qeybulla xəstəliyin artmasında əsasən insanları qınayıb. O qeyd edib ki, hətta insanların əksəriyyəti onun sosial şəbəkələrdə koronavirusla bağlı paylaşımlarının altından söyüş kimi ifadələr yazırlar. Digərləri isə koronavirusun ölkəmizdəki rolunu oyun planı üzərində olan məsələ kimi dəyərləndirir:

"İnsanlar sosial şəbəkələrdə məsləhət yazanda altında söyüş yazırlar. Yazırlar ki, koronavirus "boş şeydi". Cəmiyyət bu cür hərəkət edəndə, vəziyyəti "iqnor" edəndə, məsuliyyətsizliklər göstərəndə düşünmürdüki, nəticəsi bu cür olacaq? Həmin insanlar təkcə öz taleyini deyil, ətrafdakıların taleyini də sual altına qoyur. Bu məntiqi nəticədir. Xəstəlik hələ artacaq. İnsanlar Çindəki kimi virusa yoluxanların küçələrdə yıxılıb ölməyini görəndən, öz yaxın qohumuna yaxın durmağa qorxandan sonra ayılacaq. Bu zaman təhlükənin dərəcəsini dərk edəcəklər. Qeyd etdiyim məsələ həm də mədəniyyət məsələsidir. Ona görə hesab edirəm ki, bu məsələdə birinci növbədə vətəndaşların özləri məsuliyyət daşıyır".

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanın bu bölgəsi yoluxmaya görə birincidir

 Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. Sfera.az "koronavirusinfo.az” saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəm...

Koronavirusun Azərbaycanda sürətlə yayılmasının ƏSL SƏBƏBİ bəlli oldu

  Covid 19-un Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi virusun mutasiyaya uğramasıdır. Sfera.az xəbər verir ki, bu fikri Milli Məclisin Səhiyyə komit...

Gecə saat 12-dən sonra Azərbaycanda SƏRT KARANTİN tətbiq ediləcək? – AÇIQLAMA

  Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonund...

Sərt karantin rejimi yenidən 2 həftəlik uzadılır? - AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyunun 24-də 590 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram g...

İlham Əliyev onları təltif etdi - SİYAHI

  Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş ...

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

  Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Sfera.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasə...