Yol polisi sürücülərə bu tövsiyyələri etdi: \"Enişli-yoxuşlu yollarda...\"

Yol polisi sürücülərə bu tövsiyyələri etdi: \
Hazırda paytaxt ərazisində yağmurlu hava şəraiti hökm sürür. Bu da bəzi ərazilərdə sürüşmə ehtimalı yaradır. Odur ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçıları bəzi tövsiyyələr edir.

Sfera.az xəbər verir ki, bu barədə İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, yağmurlu hava şəraiti paytaxtın bəzi ərazilərində sürüşmə ehtimalı yaradır. "Odur ki, vətəndaşlardan xahiş edirik bunu nəzərə alsınlar və şəxsi avtomobillərdən istifadə etməyərək ictimai nəqliyyata üstünlük versinlər. Eyni zamanda belə havada avtomobil idarə edə bilən sürücülərə şərait yaradılmalı, avtomobillər texniki cəhətdən tam saz olmalı, təkərlərin mövsümə uyğun olmasına, şüşəsilənlərin yaxşı işləməsinə, dövlət nömrə nişanının aydın görünməsinə, işıq cihazlarının təmizliyinə diqqət edilməlidir. Eləcə də, yol hərəkəti nişanlarının, svetoforların, nizamlayıcıların tələblərinə ciddi riayət olunmalı, zolaqlardan düzgün istifadə olunmalıdır. Yolboyu sürət həddi minumuma endirilməli, ara məsafəsi isə normadan artıq olmalıdır. Eyni zamanda enişli-yoxuşlu yollarda elə sürət və məsafə seçilməlidir ki, qarşıdakı nəqliyyat vasitəsini və ya hər hansı maneəni aydın görmək olsun.”

Vaqif Əsədov piyadalara da müraciət edib. Qeyd olunub ki, piyadalar ayrılmış zolaqlardan istifadə etməli, nəqliyyat vasitəsinin qarşısına çıxmaqla sürücünü çaşdırmamalıdır.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...