Yevlax-Bərdə yolunda ağır qəza - iki nəfər ölüb

Yevlax-Bərdə yolunda ağır qəza - iki nəfər ölüb
Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2106” və "Jeep” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb.

Müxtəlif bədən xəsarətləri alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

OXŞAR XƏBƏRLƏR