Yeniyetmələr arasında cinayət halları patı və sosial şəbəkələrə görə artır - Psixoloq

Yeniyetmələr arasında cinayət halları patı və sosial şəbəkələrə görə artır -  Psixoloq
Son zamanlar məktəbli və yeniyetmələr arasında cinayət hallarının artması mnüşahidə olunur. Bu kimi faktlara bütün dövrlərdə rastlansa da, son zamanlar azyaşlıların iştirakı ilə törədilən cinayətlərin statistikasındakı nəzərəçarpacaq artım cəmiyyət üçün ciddi siqnal sayıla bilər.

Maraqlıdır, uşaqlar arasında qarşılıqlı şiddətin, hətta bunun öldürmə dərəcəsinə çatmasının səbəbi nədir? Belə halların yaşanmaması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova yeniyetmələrin sosial şəbəkələrdə bir-birinə nifrət aşıladığını və narkotik vasitələrin istifadəsini şiddət hallarının çoxalmasına əsas səbəb kimi göstərib:

"Yeniyetmələr qorxaqlığa qarşı çox barışmaz olurlar. Hətta onlar özlərini nümayiş etdirmək üçün böyük risklərə gedib, həyatlarını təhlükə altında qoymaq üçün cəsarətli addımlar atmaqdan çəkinmirlər. Avtomobil qəzalarının statistikasına baxdıqda yeniyetmələrin qəza etməsi hallarının həmyaşıdlarına özlərini sübut etmək üçün riskə getməsi ilə bağlı olduğunu görürük. Texnologiyanın inkişaf etmədiyi dövrlərə nəzər salsaq görərik ki, hər sinifdə iki-üç çətin tərbiyə edilən uşaq olardı və bu yeniyetməlik dövründə özünü tamamilə başqa cür biruzə verərdi. 10 yaxud 11-ci sinif şagirdi cinayət törədəndə hamı çox təəccüblənirdi və onun məktəb yoldaşları da həmin uşağın düzgün yolda olmadığını etiraf edirdi. Bundan başqa əvvəllər narkotikanın dövriyyəsi də indiki kimi deyildi. İndi hər kəs rahatlıqla bir-birinə patı ötürə bilir. Sosial şəbəkələrin verdiyi imkanlar vasitəsi ilə indi yeniyetmələr tanımadığı həmyaşıdlarına belə  nifrət aşılayır, onları təhqir edir. Belə hallar da cinayət və konfliktlərin çoxalması ilə nəticələnir”.
 
Psixoloq valideynləri diqqətli olmağa çağırıb:

"Yeniyetmələrin arasında ziddiyətin yaşanmaması üçün müəllim, valideyn onun mənliyinə, şəxsiyyətinə hörmətlə yanaşmağı bacarmalıdır. Evdə valideyn övladını "Pubg” oyunundan çəkindirə bilmirsə, bu məktəbdə də davam edir. Bu isə onu dərs, məktəb mühitindən uzaqlaşması ilə nəticələnir. Gənclərin sosial keyfiyyətlərinin formalaşması birdən-birə yox, dərhal baş verir. Buna görə gənclər psixoloqla ünsiyyətdə olmalıdır”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...