Yeni qurum yaradıldı - SƏRƏNCAM

Yeni qurum yaradıldı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 24-də "Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sfera.az-ın məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­­səsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında xalça və xalça məmulatlarının istehsalını, satışını və bu sahənin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış cəmiyyətin nizamnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat  Nazirliyi aidiyyəti dövlət orqanları ilə birlikdə "Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təşkili üçün zəruri tədbirlər görsün".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Gənclər və idman nazirinin yeni müavini - DOSYE

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin edilib. Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin 29 noyabr...

Azərbaycanda “Omicron” təhlükəsi - Sərhədlər bağlanacaq?

Koronavirusun yeni ştammı "Omicron” aşkarlanarsa, ölkədə hansı tədbirlərin görülməsi ilə bağlı yəqin ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ol...

“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir? - 3-cü doza vurulmasa, sənəd qüvvədən düşür?

Hazırda Azərbaycanda "Peyvənd sertifikatı”nın etibarlılıq dövrü müddətsizdir. Sfera.az  xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səh...

SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA

"Azərbaycanda istehsal olunacaq Aİ-95 benzininin qiymətini dövlət və ya bazarın müəyyənləşdirməsi SOCAR-ın səlahiyyətində deyil”.  Sfera.az oxu.az-a ...

Sürücülərin nəzərinə - Bu gün saat 22:00-dan 06:00-a qədər...

Bu gün saat 22:00-dan sabah saat 06:00-a qədər Bakının Nəsimi rayonunun Asif Məhərrəmov küçəsində üfiqi nişanlanma xətləri yenidən rənglənəcək. Sfera.az&n...

Aparıcı Hacı Nuranın vəziyyəti YENİDƏN PİSLƏŞDİ

Tanınmış aparıcı Hacı Nuran yenidən xəstəxanaya yerləşdiriləcək.   Sfera.az bildirir ki, bu barədə o özü məlumat verib. Aparıcı səhhəti ilə bağlı Almaniy...