Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb? – İDDİA

Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb? &ndash; <span style="color:#ff0000">İDDİA</span>
Kateqoriya məlum deyil13.08.25, 09:269 👁️
T

44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Silahlı Qüvvələrinin o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkov “neytrallaşdırılıb” və Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.

 

Sfera.az xəbər verir ki, belə bir iddia ilə  “Middle East Eye” (MEE) qəzetinin müxbiri Rağıb Soylu diplomatik mənbələrə istinadən çıxış edib.


 

Məlumata görə, 44 günlük müharibə dövründə Ankara təkcə Azərbaycana döyüş PUA-ları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları göndərməklə kifayətlənməyib. Türkiyəli rəsmilər həmçinin Azərbaycan ordusunun sıralarında Rusiyameylli elementləri aşkar etməkdə də iştirak ediblər.

 


“Belə “elementlərdən” biri də o vaxt Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində çalışan, Rusiyaya qarşı simpatiyasında şübhəli bilinən Nəcməddin Sadıkov idi.


Məsələ ilə tanış olan mənbə MEE-yə bildirib ki, Türkiyə hakimiyyəti müharibə günlərində onun deportasiyasını təşkil edərək Türkiyəyə apararaq dindirib və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verilib”, — deyə Rağıb Soylu qeyd edib.

 

PAYLAŞ
Sehliyali
Yüklənir...