İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında gələcək hərbi əməliyyatların planlaşdırılması konsepsiyasını təsdiqləyib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF Telegram kanalı bildirib.
“Qəzza zolağında əməliyyatın növbəti mərhələləri üzrə planın əsas konsepsiyası siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq təqdim və təsdiq edilib”, - məlumatda deyilir.
Baş Qərargah rəisi qoşunların hazırlığının və ehtiyatda olan hərbçilərin səfərbərliyə hazırlığının artırılmasının vacibliyini, eləcə də qarşıda duran vəzifələrdən əvvəl təlimlərin keçirilməsi və qüvvə toplamaq üçün fasilə yaradılmasının vacibliyini vurğulayıb.
Fidan Hacızadə
Sfera.az