Türkiyənin NATO-ya üzv olmasından 70 il ötür

Türkiyənin NATO-ya üzv olmasından 70 il ötür
Bu gün Türkiyənin NATO-ya üzvlüyünün 70-ci öldünümü qeyd olunur.

Sfera.az  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Bu gün ölkəmizin NATO-ya üzvlüyünün 70-ci ildönümünü qeyd edirik. Türkiyə soyuq müharibə dövründə olduğu kimi, ondan sonra da ittifqın məsuliyyətli və öncül üzvlərindən biri olub. NATO-nun sərhədlərinin qorunması ilə missiyalarının yerinə yetirilməsinə əhəmiyyətli töhfələr verib. Türkiyə NATO-nun fəaliyyətini istiqamətləndirən əsas müttəfiqlərdən biri olub. Türkiyə sadəcə region üçün deyil, bütün Avro- Atlantik məkan üçün təhdid yaradan terrorçuluğa qarşı mübarizədə öhdəsinə düşəni artıqlaması ilə yerinə yetirir. Təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində səylərimizi davam etdiririk. Müttəfiqlərimizdən də gözləntilərimiz NATO-nun əsas qayəsi olan həmrəylik ruhunu davam etdirməkdir”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Şimali Antantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu ildə yaradılıb. Hazırda qurumun 30 üzvü var. Mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşən təşkilatın Baş katibi norveçli Yens Stoltenberqdir.

OXŞAR XƏBƏRLƏR

Tramp PAYLAŞIM ETDİ: “İranın bütün nüvə obyektləri məhv edilib”

“ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın yer altında yerləşən nüvə obyektlərinə maksimum zərər vurulub”.   ...

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.   ...

Hazır qəhvədə gizli təhlükə: KORLUQ YARADA BİLƏR

Hubey Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, hazır qəhvənin müntəzəm istehlakı qocalıqda görmə qabiliyyətinin pisləşməsi riskinin artması ilə əlaqəl...

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - VİDEO

Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.   Sf...

Dövlət Departamentindən amerikalılara çağırış: "Ayıq olun..."

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. &nb...

İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi? - VİDEO

İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar ...