Yaxın günlərdə Azərbaycanda bütün icra başçıları işdən azad edilə bilər - İDDİA

Yaxın günlərdə Azərbaycanda bütün icra başçıları işdən azad edilə bilər - İDDİA
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz icra hakimiyyətlərinin ləğv olunma ehtimalından söz açıb.
 
Sfera.az bildirir ki, ekspert ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət , ekologiya, təhsil, sosial və başqa sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının ləğv edildiyini vurğulayıb.

"Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik şöbələri qalıb, əvəzində isə, yeni regional idarələr formalaşdırılıb”, - deyə bildirən O.Gündüzün sözlərinə görə,  rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları, o cümlədən icra hakimiyyətləri qalıb:

"Ötən gün İlham Əliyev Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)  prezidentin xüsusi nümayəndəsi təyin edib. Ölkə rəhbərinin bir neçə bölgəni birləşdirən iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin etməsi isə onu göstərir ki, yerli icra hakimiyyətləri də regionlara çevrilə bilər. Yəni yaxın zamanlarda, ölkədə yeni idarəetmə modelinə keçidi,  bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində isə, prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçılarının təyin ediləcəyini proqnozlaşdırmaq olar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...