Yaşı 30-dan çox olanların əsas ölüm SƏBƏBİ açıqlandı

Yaşı 30-dan çox olanların əsas ölüm SƏBƏBİ açıqlandı

Azərbaycanda yaşı 30-dan yuxarı olan insanların əsas ölüm səbəbi qeyri-yoluxucu xəstəliklərdir.


 

Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.


 

Onun sözlərinə görə, Azərbaycanda insanlar arasında ən çox yayılan qeyri-yoluxucu xəstəlik hipertoniyadır (qan təzyiqinin yüksəlməsi).

 

Hipertoniyanın insanlarda ürək qan-damar xəstəliklərinə, xüsusilə insult və infarkta səbəb olduğunu qeyd edən H.Harmancı əlavə edib ki, Azərbaycanda insanlar arasında bundan sonra daha çox yayılan xəstəliklər şəkərli diabet, xərçəng, xroniki tənəffüs yolları xəstəlikləridir: "Qeyri-yoluxucu xəstəliklər adətən genetik, fizioloji, ətraf mühit və davranış faktorlarının kombinasıyası olan və uzun müddət davam edən xroniki xəstəliklərdir. Tütündən istifadə, fiziki hərəkətsizlik, havanın çirklənməsi, spirtli içkilərdən istifadə, qeyri-sağlam pəhriz qeyri-infeksiyon xəstəliklərdən əziyyət çəkən insanların sayının artmsına səbəb olur.


 

ÜST rəsmisi qeyd edib ki, Avropada ölümlərin təxminən 90%-ni təşkil edən qeyri-infeksiyon xəstəliklər əhalinin rifahına, xəstələrin müalicəsi üçün çalışan səhiyyə sistemlərinin inkişafına, bütövlükdə bölgənin iqtisadi inkişafına və artan qeyri-bərabərliyə ciddi təsir göstərir:

 

"Bu yük aşağı və ortagəlirli ölkələrdə qeyri-bərabər dərəcədə artmaqda davam edir. Həssas qrupun üzvü olan və sosial cəhətdən imtiyazsız insanlar yüksək sosial statusa malik insanlardan daha tez xəstələnir və dünyasını dəyişirlər. Çünki onların tütün və qeyri-sağlam pəhriz kimi zərərli məhsullara məruz qalma riskləri daha yüksəkdir və tibbi xidmətlərə məhdud çıxışları var"



OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...