YAP rəhbərliyində dünyanın nüfuzlu universitetlərinin məzunları arasında KİMLƏR VAR?

YAP rəhbərliyində dünyanın nüfuzlu universitetlərinin məzunları arasında KİMLƏR VAR?
Martın 5-də baş tutacağı gözlənilən və ölkə siyasi həyatında mühüm hadisə hesab edilən hakim Yeni Azərbaycan Partiyasının qurultayı gündəmin başlıca müzakirə mövzusudur.

Siyasi təhlilçilər və ekspertlər qurultayda mühüm qərarların qəbul ediləcəyini, partiya rəhbərliyində mühüm kadr dəyişikliklərinin reallaşacağını proqnozlaşdırırlar.

Hadisələri qabaqlamadan və konkret olaraq hansı dəyişikliklərə gediləcəyini proqnozlaşdırmadan YAP-ın rəhbər strukturlarında təmsil olunanlar haqda zəruri informasiyaları təqdim edirik.

Bu baxımdan Sfera.az həmin şəxslərin hansı universitetlərdə təhsil almalarını araşdırıb. Maraqlıdır, YAP rəhbərliyində dünyanın nüfuzlu universitetlərinin məzunları arasında kimlər var?  Beləliklə...

Siyasi Şuranın üzvü Əli Əsədov - Plexanov adına Xalq Təsərrüfatı Universitetinin məzunu

Siyasi Şuranın üzvü Abel Məhərrəmov - Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu

Siyasi Şuranın üzvü Əli Həsənov - Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu

Siyasi Şuranın üzvü Elnur Aslanov - Harvard Universitetinin Biznes Məktəbinin məzunu
 
YAP-ın İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov – Bakı Dövlət Universitetinin məzunu

YAP Sədrinin müavini – icra katibi  Əli Əhmədov - Moskva Dövlət Tarix-Arxiv İnstitutunun məzunu

YAP-ın Sədr müavini Akif Əlizadə - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu

Siyasi Şuranın üzvü Rövnəq Abdullayev - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu

YAP İcra katibinin müavini Mübariz Qurbanlı – Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu

YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Vasif Talıbov - Naxçıvan Dövlət Pedaqoji Institutunun və Bakı Dövlət Universitetinin məzunu

YAP-ın İdarə Heyətinin üzvü Yaqub Eyyubov - Azərbaycan Politexnik İnstitutunun məzunu

Siyasi Şuranın üzvü Oqtay Əsədov -  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu

Siyasi Şuranın üzvü Ramiz Mehdiyev - Bakı Dövlət Universitetinin məzunu

Siyasi Şuranın üzvü Novruz Məmmədov - Azərbaycan Pedaqoji Dillər İnstitutunun məzunu

Siyasi Şuranın üzvü Misir Mərdanov – Bakı Dövlət Universitetinin məzunu

Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri- Mirzəzadə Aydın Böyükkişi oğlu -  Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun məzunu

Qeyd edək ki, partiyanın sədri Prezident İlham Əliyev, Sədr müavinləri isə birinci vitse-prezident Mehriban Əliyeva, YAP İcra katibi Əli Əhmədov, Baş nazirin sabiq müavini Əli Həsənov və sabiq AMEA prezidenti Akif Əlizadədir.
 
Günay
Sfera.az  

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...