YAP-ın seçki siyahısı hazırdır

YAP-ın seçki siyahısı hazırdır
Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən hər kəsin diqqəti hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlib. İndi hamı YAP-ın seçki siyahısını gözləyir. Namizədliyini müstəqil şəkildə irəli sürməyə hazırlaşan bir çoxları da seçəcəyi dairəni məhz YAP-ın siyahısını götür-qoy etməklə müəyyənləşdirəcək.

Sfera.az xəbər verir ki hakim partiyadakı mənbənin Modern.az-a bildirdiyinə görə, YAP-ın növbədənkənar parlament seçkisində irəli sürəcəyi namizədlərin siyahısı artıq hazırdı.
 
Verilən məlumata görə, siyahı ya bu həftənin sonunadək elan olunacaq, ya da gələn həftə keçirələcək bələdiyyə seçkisindən sonra açıqlanacaq.

Hakim partiyanın siyahısında sürpriz adların olacağı qeyd olunur. Bu adlar sırasında həm də bir neçə sabiq deputatın da ismini görə biləcəyik.  
Eyni zamanda, V çağırış Milli Məclisin üzvü olmuş 10-dək yaşlı YAP-çı deputatın siyahıdan çıxdaş edildiyi vurğulanır. Onların əvəzinə ilk dəfə parlament seçkisinə qatılacaq gənclərin daxil edildiyi bildirilib.

O da qeyd olunur ki, V çağırış Milli Məclisin bir neçə yaşlı deputatının təcrübəsindən yararlanmaq üçün onların namizədliyi yenidən dəstəklənəcək.

Bundan başqa, adı qalmaqallı hadisələrdə hallanmış və nəticədə ictimaiyyət arasında hakim partiyanın nüfuzuna xələl gətirmiş bəzi YAP-çı deputatların da üstündən xətt çəkildiyi vurğulanır. Yenidən namizədliyiinin irəli sürüləcəyi gözlənilən bəzi YAP-çı deputatların da budəfəki siyahıda yer almadığı barədə məlumatlar var.

Xatırladaq ki, V çağırış Milli Məclisdə 69 YAP-çı deputat var..


OXŞAR XƏBƏRLƏR

Fəzail İbrahimli parlamentin sədr müavini SEÇİLDİ

 Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası işini davam etdirir.   Sfera.az xəbər verir ki, Milli Məclis Sədrinin müavini...

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb, Prezident iclasda iştirak edir - YENİLƏNİR

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb.  Sfera.az-ın APA-aya istinadla məlumatına görə, iclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir....

Günel Səfərova Konstitusiya Məhkəməsinə müraciət etdi - ƏDALƏTLİ OLUN!

  9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevralda keçiril...

Yeni çağırışlar dövrünün parlamentinə doğru

Azərbaycan yeni bir dövrə qədəm qoyur. Müxtəlif sahələri əhatə edən islahatlar dövrü, təbii ki, idarəetmədə də çeviklik, yeni yanaşmalar tələb edir. Bu mənada, ...

YAP Mənsum İbrahimovun namizədliyini irəli sürdü

 Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyanın namizədlərini açıqlayıb.   Sfera.az xəbər verir ki, axş...

İqbal Məmmədov yenidən YAP-ın namizədləri siyahısında

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib. Sfera.az xəbər verir ki, iclasda partiyanın 2020-ci...