YAP-ın qurucu üzvü od püskürdü – “Utanmadan, qızarmadan…“

YAP-ın qurucu üzvü od püskürdü – “Utanmadan, qızarmadan…“
"Bəzi işbazlar, yalançılar, dil pəhləvanları Ulu Öndərin ad günündə, anım günündə, Qurtuluş Bayramında və Ulu Öndərin adı ilə bağlı olan digər tədbirlərdə, həmçinin sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda utanmadan, qızarmadan əsassız çıxışlar edir, özlərini qəhrəman, cəngavər kimi göstərməyə çalışırlar”.

Bu sözləri Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan, keçmiş icra başçısı Musa Musayev deyib. O daha sonra bildirib: "Mən bir sual ünvanlamaq istəyirəm: 1987-ci ildən 1993-cü ilin Qurtuluş Gününə qədər Heydər Əliyevin bədxahlarına – Qorbaçov, Vəzirov və Mütəllibova qarşı təkbaşına mübarizə aparan, akademik Cəlal Əliyevin sağlığında niyə öz "qəhərmanlıqlarından” danışmırdılar? Mən o dövrün əksər hadisələrinin şəxsən şahidi olmuşam, daima faktlarla, sübutlarla, arxiv sənədləri əsasında çıxışlar etmişəm. Ulu Öndərin Naxçıvandan Bakıya iki möhtəşəm səfəri olub: Birinci səfəri 1993-cü ilin fevralında, mərhum akademik Həsən Əlirza oğlu Əliyevin yas mərasimi ilə əlaqədar olub.
 
 
İkinci səfəri isə Qurtuluş səfəridir. Tale elə gətirib ki, mən YAP-ın Nəsimi rayon təşkilatının sədri kimi Heydər Əliyev Bakıda olduğu müddətdə akademik Cəlal Əliyevin tapşırığı ilə mühafizəsini təşkil etmişəm. Bu işdə Lahuti Əliyevin xidmətləri var. Yəni, bu iş ikimizə həvalə edilib. Məhz bu səbəbdən hər iki səfərdə Ulu Öndəri qarşılayanlarla bir sırada olmuşam. Ulu Öndər Celal müəllimin evində qaldığı müddətdə biz blokun qabağında və maşınlarda növbə çəkmişik. Rəhmətlik akademik Həsən Əliyevin yasına gələndə və Qurtuluş səfərində Ulu Öndərin yanında daim bu şəxslər olub: Mərhum akademik Cəlal Əliyev, Bəylər Əyyubov, mərhum Rafael Allahverdiyev, Məhərrəm Talıbov, mərhum Lahuti Əliyev, soyadlarını xatırlamadığm Əmir, Amay Abdulla, Müşfiq, Sabir, Babək, Tahir, Rafik və Ramiz.

Ulu Öndər Gəncəyə gedəndə isə yanında Mahmud Məmmədquliyev olub. Bəylər Əyyubov, Əmir, Müşfiq, Amay Abdulla dediklərimin canlı şahidləridir”.

Musa Musayev sonda Heydər Əliyev barədə danışanları fakta və reallığa söykənməyən çıxışlar etməməyə çağırıb. "Özünüzü gülünc vəziyyətə salmayın, kiminsə xoşuna gəlməkdən ötrü məddahlıq etməyin. Axı bu tarixi yaşayan və yaşadan şahidlər var”, - deyə keçmiş icra başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...