Yalan danışan adamlarda bu xəstəlik yaranırmış — ŞOK FAKT

Yalan danışan adamlarda bu xəstəlik yaranırmış  —  ŞOK FAKT
Bəzi insanlar var ki, yerli-yersiz yalanlar söyləyirlər. Hətta bunu gündəlik hala çevirirlər. Hər kəs bu insanları yalançı, fırıldaqçı kimi tanıyır.

Bu vəziyyətin psixoloji bir xəstəlik olduğunu bilirdinizmi?

Bu xəstəliyin adı mitomanidir. Onlar yalan danışmağa o qədər öyrəşirlər ki, bir çox hallarda yalan danışdıqlarını anlamırlar. Yəni mitomanisi olan insanlar yalan danışmaqla yanaşı dedikləri yalana inanma vəziyyətini də yaşayırlar. Heç vaxt baş verməmiş hadisələri sanki gerçəkmiş kimi danışırlar və buna ürəkdən inanırlar.

Mitomani sindromu olan bir adam bu vəziyyətdən xəbərsiz olur. Buna görə də xəstəliyi aşkar etmək çox çətindir.

Mitomaninin insanda necə göründüyünə dair bir çox psixoloji araşdırma aparılsa da, ən açıq səbəb özünə inamsızlıqdır.

İnsan sosial mühitində müəyyən bir statusa çatmaq üçün dəfələrlə yalan danışar və yalanın fərqində olmadan bu vəziyyətə alışa bilər.

Mitomani sindromlu insanların ən fərqli xüsusiyyətləri uydurduqları hekayələrdə özlərini qəhrəman kimi göstərmələridir. Bunu özlərinə inamsızlıqdan etdikləri üçün burada özlərini yeni səviyyəyə qaldırmağı hədəfləyirlər.

Mitomani sindromunda insan diqqət mərkəzində olmaq üçün əlindən gələni edir. Diqqət mərkəzinə çevrildikcə bu yalanlar silsiləsi davam edir və bu, asılılıq yaradır.

Mitomani sindromunun müalicəsində qəti nəticələr əldə etmək üçün psixoloji testlərdən istifadə edilməlidir.
Bir insanın mitomani sindromu olub olmadığını kənardan söyləmək çox çətindir. Buna görə də, şəxs mütləq mitomani sindromu üçün peşəkar dəstək və müalicə almalıdır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda 700 bal toplamış gənclər ailə qurdu - FOTO

Müxtəlif illərdə ali məktəbə qəbul imtahanında 700 bal toplamış iki məzun - Ucal Ağammədov və Nərmin Məmmədlinin toy mərasimi keçirilib. Sfera.az xəbər ve...

Daha bir strateji yüksəklik Azərbaycanın nəzarətinə keçdi?

"Qafan şəhərinin yaxınlığında yerləşən Ağdağ (ermənilər Pela deyir) yüksəkliyi Azərbaycanın nəzarətinə keçib. Artıq iki gündür ki, Qafanın strateji baxımından v...

Generalın mülkləri: Həyat yoldaşının, qızının, oğlunun... - SİYAHI

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarının qiymətləndiril...

İclasda xokkeydən danışan Brejnevə etiraz edib, əlini stola çırpıb və... – Stalin onu niyə qoruyurdu?

1940-cı illərin sonunda "Leninqrad işi” ilə bağlı 23 nəfər güllələnməyə, 241 nəfər vəzifəli şəxs isə azadlıqdan məhrumetmə cəzasına  məhkum ediləndə Lav...

“Ağlama evi” açıldı: 3 gün pulsuz işləyəcək

İspaniyanın paytaxtı Madriddə özəl bir klinika tərəfindən psixi sağlamlığın əhəmiyyətini vurğulamaq və psixoloqa getmək fenomenini normallaşdırmaq məqsədilə "...

İntihar edən 16 yaşlı qız nişanlı imiş

Dünən axşam saatlarında Bakıda özünü binanın 9-cu mərtəbəsindən atan qızın ilkin intihar səbəbi məlum olub. Sfera.az  xəbər verir ki, "Qafqazinfo”nun...