Cəmİyyət

Xüsusi karantin rejimi qərarından sonra Bakıda parkların ətrafı hasarlanır, skamyalar götürülür - VİDEO

Xüsusi karantin rejimi qərarından sonra Bakıda parkların ətrafı hasarlanır, skamyalar götürülür - VİDEO
 Bakı ərazisində yerləşən parklara insanların girişi artıq məhdudlaşdırılır.

Sfera.az bildirir ki, buna səbəb Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yaymasıdır.

Belə ki, virusun yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atılır. Bu məqsədlə bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilir.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X