Xoşqədəm Naxçıvana maliyyə yardımı etdi

Xoşqədəm Naxçıvana maliyyə yardımı etdi

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.

Sfera.az xəbər verir ki, o, əməkhaqqının bir qismini Naxçıvan Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edib.

Teleaparıcı bu barədə "İnstagram” səhifəsində özü məlumat verib.

"Naxçıvan. 16 yaşım vardı ora gedəndə. Qarabağda vəziyyət gərgin, ailəmin başına nə müsibətlər gəldiyindən xəbərsiz düz bir il orada qaldım. Ailəmdən uzaq olsam da , Naxçıvan camaatının sevgisiylə əhatə olundum. Naxçıvanın o çətin günlərində bir tikələrini belə bölüb mənə verən onlarla insan tanıdım. Mən doğulduğum yurdu itirmişəm , oranın həsrətiylə yaşayıram və o həsrəti az da olsa unutmaq istəyəndə Naxçıvana gedirəm. Sahib olduqlarımı məhz Naxçıvana borcluyam. Təhsilim Ümummilli Liderimizin sayəsində oldu. Bu gün ona sonsuz minnətdaram. Güclü , mübariz olmağı mənə Naxçıvanda keçirdiyim o günlər öyrətdi. Həyatda nə olur olsun unutmadığım mənə edilən yaxşılıqdır. Artıq Naxçıvanda da Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Mənim borcumdur ki, o günlərdə mənə qucaq açan, sevgiylə əhatə edən Naxçıvana , bu fonda imkanım daxilində yardım edim. Və bunu etməyə qərar verdim. Əməkhaqqımın bir hissəsini bu fonda köçürəcəyəm. Biz birlikdə güclüyük ,unutmayaq”,- deyə Hidayətqızı qeyd edib.

Xatırladaq ki, bir sıra sənət adamları və ictimai xadimlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər.(yeni sabah)

Xoşqədəm Naxçıvana maliyyə yardımı etdi

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...