Xose Bernardo onu bıçaqlayan şəxsdən danışdı: \"Qardaşım arvadının keçmiş əridir...\" - VİDEO

Xose Bernardo onu bıçaqlayan şəxsdən danışdı: \
 

Teleaparıcı Xose Bernardo və qardaşı Rəfael Hüseynovun bıçaqlanmasının təfərrüatı məlum olub.

Sfera.az xəbər verir ki, APA TV-yə açıqlama verən aparıcının sözlərinə görə, hadisə evlərinin qarşısında baş verib.

O, axşam radələrində evdə olarkən qardaşı Rəfael Hüseynovun həyətdə bir nəfərlə mübahisə etdiyini eşidib. Səsə çölə çıxan zaman artıq Rəfaelin qan içində olduğunu görüb: "Qardaşımın səsinə çıxdım evdən. Gördüm qardaşım bir nəfərlə əlbəyaxa dalaşır. Onda gördüm ki, qardaşım artıq bıçaqlanıb. Onun üstünü qanlı görəndə mən həmin oğlanla tutaşdım. O zaman mənə bıçaq necə dəyib, hiss eləməmişəm. Ondan sonra xəbərim yoxdur”.

Səs-küyə qonşular çıxan zaman həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Xose Bernardo deyir ki, onları bıçaqlayan şəxsi qardaşı Rəfael Hüseynov əvvəllər tanıyıb: "Bıçaqlayan şəxs qardaşımın indiki həyat yoldaşının keçmiş əri olub. Hesab edirik ki, hadisə qısqanclıq zəminində baş verib”.

Bəzi KİV-də və sosial şəbəkədə hadisənin Pirallahı rayonunda yerləşən restoranlardan birində, tərəflərin içkili vəziyyətdə baş verdiyi yazılsa da, Xose Bernardo bu məlumatın əsassız olduğunu deyir: "Hadisə evimizin qarşısında baş verib. Heç həmin günü restoranda olmamışıq. Biz içki içən deyilik. Nə mən içirəm, nə də qardaşım. Elə bir şey olmayıb”.

Qeyd edək ki, teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlayan şəxs Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Həmin şəxs əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynovdur.



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...