Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş flaşmob keçirildi - FOTOLAR

Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş flaşmob keçirildi - FOTOLAR

Ölkənin hər yerində olduğu kimi İsmayıllı rayonunda da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tədbirlər həyata keçirilir. 24 fevral 2021-ci il tarixdə Xocalı faciəsinin ildönümünə həsr olunmuş flaşmob təşkil olunub. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin Gənc Könülülərinin iştirakı ilə şəhərin mərkəzi meydanında təşkil edilən flaşmobda erməni cəlladları tərəfindən törədilən əsrin faciəsi olan Xocalı soyqırımının dəhşətləri, insanlığa qarşı işlənmiş ağır cinayətlər, qarlı-şaxtalı havada dinc əhaliyə erməni vəhşilərinin divan tutması kimi səhnələr öz əksini tapıb.

Flaşmobun ardınca Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin Gənc Könülülərinin iştirakı ilə keçirilən tədbirdə Xocalı Şəhidlərinin və Xalqımıza zəfər tarixini yaşadan bütün şəhidlərimizin əziz xatirəsi yad edilib.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın igid oğulları tərəfindən 44 günlük vətən müharibəsində Şəhidlərimizin qisası alınıb. Tezliklə Xocalı sakinləri öz doğma şəhərlərinə qayıdacaqlar orada şəhidlərimizin müqəddəs ruhuna dualar oxunacaq onların xatirəsi əbədiləşdiriləcəkdir.

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin müvafiq tapşırığına əsasən pandemiya qaydaları gözlənilməklə rayonun bütün idarə və təşkilatlarında Xocalı faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər ardıcıl olaraq həyata keçirilir.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...