XİN rəhbərindən Soçi görüşü ilə bağlı AÇIQLAMA

XİN rəhbərindən Soçi görüşü ilə bağlı AÇIQLAMA
"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edildiyi kimi, kommunikasiyaların yenidən canlandırılması, bölgədə dəmir yolu və avtomobil yollarının açılması regionumuzda davamlı sülh və sabitliyə yol açacaq, Ermənistan və Azərbaycan vasitəsilə ticarət və nəqliyyatı, həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə əhəmiyyətli dərəcədə artıracaq”.

Sfera.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.

"Bu mənada ön plana çıxan təşəbbüs Zəngəzur dəhlizidir. O, Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizində daha yaxşı əlaqəni artırmaq üçün potensiala malikdir.

Azərbaycan hökuməti azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. İşğaldan azad edilmiş şəhər və qəsəbələrin köçürülməsinin baş planları hazırlanır.

Nəhəng nəqliyyat və enerji infrastrukturu layihələri, xüsusilə bir neçə magistral və elektrik şəbəkələrinin, eləcə də üç hava limanının tikintisi həyata keçirilir”, - XİN rəhbəri qeyd edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda boş deputat yerlərinə təkrar seçkilər üçün hazırlıq gedir - Məzahir Pənahov AÇIQLADI

"Seçki Məcəlləsinə əsasən, Dairə Seçki Komissiyaları 5 ildən bir yenidən formalaşdırılır. Artıq bu proseslər başa çatıb". Sfera.az xəbər verir ki, bunu Mə...

Prezident Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. ...

Prezident qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliklə yüksə...

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü Azərbaycana nə vəd edir? - "Zəngəzur dəhlizi ilə bağlı şərt qoyulacaq"

"Azərbaycanın 44 günlük müharibədə zəfər çalması regionda yeni reallıqlar yaratdı. Göründüyü kimi, Ermənistan da müəyyən dərəcədə bu reallıqları dərk edir, həm ...

Putinlə Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sfera.az  "RİA Novosti”yə istinadən xəbər v...

Azərbaycan Ordusu Qırmızı Bazarda atəş açmayıb - RƏSMİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçi...